“Nida”nın tanınmış üzvlərinə bəraət verildibackend

Ali Məhkəmə “Nida” Vətəndaş Hərəkatının keçmiş 4 üzvünə bəraət verib.

“Yeni Gündəm”-in məlumatına görə, məsələyə Ali Məhkəmənin Plenumunda Avropa Məhkəməsinin qərarı ilə baxılıb. Bəraət verilən şəxslər tanınmış fəallar Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlidir.

İlkin məlumata görə, onlara 188 min təzminat ödəniləcək.