Nizami rayonunda yeni salınmış bağ məhv edilir – Fotobackend

Nizami rayonu ərazisində bir aydır salınmış yaşıllıq baxımsızlıqdan məhv olmaq üzrədir.

”Yeni Gundem” xəbər verir ki, bu barədə yaşıllığın salındığı Nizami rayonu Bəhruz Nuriyev 40 ünvanın yaşayan sakin Elmir Muradov yazıb. O bildirib ki, bağ bir ay əvvəl salınıb, ancaq baxımsızlıqdan ağacların çoxu artıq quruyub:

Sakin bildirib ki, ərazidə çox sayda müxtəlif cür ağaclar əkilib. Ancaq yaşıllıq salındıqdan sonra ərazi bir dəfə də olsun suvarılmayıb. Nizami Rayon İcra Hakimiyyəti yaşıllıqla maraqlanmır, burada quruyaraq məhv olan ağaclar onları narahat etmir:

“Bura bir ay əvvəl salınmış məhəllədi. Bura hələ də bağban təyin edilməyib. Yaşıllıqlar salınandan rayon icra hakimiyyəti bura ilə bir dəfə də maraqlanmayıb. Artıq ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovurulmaqdadır. İcra hakimiyyəti 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhəllənin məhv olmasına göz yumur. Ağaclar quruyur, məhv olur, ancaq heç bir aidiyyəti qurumun vecinə deyil”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar