Növbəti zəfər: Azərbaycanın BMT qələbəsi – TƏHLİLbackend

Dünən BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Qarabağla bağlı iclas keçirildi. İrəvan hələ keçən ilin sentyabrın 13-də BMT-dən bu xahişi etmişdi.

“Daimi Nümayəndədən 13 sentyabr 2022-ci il tarixli məktub

Təhlükəsizlik Şurası

Hökumətimin göstərişinə əsasən, mən bunu çatdırmaqdan şərəf duyuram.
Respublikanın xarici işlər naziri Ararat Mirzoyanın məktubu
Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq tələbi ilə
ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bəndi əsasında.
Hazırkı məktub və onun əlavəsi möhtərəmliyə çatdırılsa, mən minnətdar olmalıyam.
Təhlükəsizlik Şurası üzvlərinin diqqətinə çatdırıldı və sənəd olaraq nəşr olundu
Şura.
(İmzaladı) Mher Marqaryan
Səfir
Daimi Nümayəndə”

Məktub göndəriləndə Azərbaycan-Ermənistan şərti sərhədində toqquşma baş vermişdi və Ermənistan yenə yalvarış siyasətini başlatmışdı. Görünən o oldu ki, 30 il əvvəl qəbul etdiyi sənədin icrasına nəzarət etməyən beynəlxalq qurum dünən iclası reallaşdırdı.

Təhdid və böhtanlara baxmayaraq, Azərbaycan növbəti dəfə parlaq qələbə qazandı.

BMT-dəki Daimi Nümayəndəmiz Yaşar Əliyev qarşı tərəfə və onun simasında havadarlarına sübut və fotolarla hər şeyi izah etdi.

“Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı”-Yaşar Əliyev deyib.

Əgər rəsmi İrəvan hər şeyin yaxşı olmasını istəyirsə, niyə iclasın baş tutmasına yaxın və ya iclas ərəfəsində gündə fasiləsiz olaraq mövqelərimizi ya atəşə tutur, ya da təxribatlar törədir?

Təkcə son günlərin təxribat siyahısı

12 avqust

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

13 avqust

Saat 16:20-də  Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri  istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

14 avqust

Saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun  Kəlbəcər rayonunun  Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

15 avqust

Saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

16 avqust

Saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini  bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

17 avqust

Saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bəlkə də dəmir yumruqla başı əzilən düşmən nəyəsə cəhd edir. Düşünür ki, hardasa uğur qazana bilərəm. Azərbaycan Ordusuna qarşı vuruşan uğur qazana bilərmi? Biraz komdik səsləndi.

44 günün içində ordumuzun qazandığı qələbə, keçdiyi uğurlu hərbi əməliyyat bu gün ABŞ-ın hərbi məktəblərində öyrədilir. Ən müasir silahlarla, texnikalarla təchiz olunan Azərbaycan Ordusu Ali Baş Komandanın verdiyi istənilən hərbi əməliyyat tapşırığını həyata keçirməyə tam hazırdır. Heç kimə sirr deyil ki, tarixi Zəfərdən sonra azad Qarabağda bir neçə hərbi briqadalar yaradılıb və yaradılması üçün işlər aparılır. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, Azərbaycan Ordusu 44 günlük müharibə dövründəkindən qat-qat güclüdür. Ordu quruculuğu ən yüksək səviyyədə aparılır.

BMT ədalətə gəlibmi?

BMT TŞ obyektiv və nizamnəməsinə əsasən sülhə və təhlükəsizliyə xidmət edən yararlı bir təşkilat olsa, o zaman Ermənistanı işğalçı dövlət kimi tanımalı, ondan Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb etməli, Azərbaycanın öz ərazisində dövlət suverenliyinin bərpa olunmasının vacibliyini vurğulamalıdır. BMT TŞ, eyni zamanda Xocalı soyqırımına və digər müharibə cinayətlərinə,etnik təmizləmə siyasətinə görə Ermənistanın cinayətlərini araşdıran xüsusi tribunal yaratmalıdır. Amma hamımız bilirik ki, bu təşkilat böyük dövlətlərin əlində alətdir və kiçik ölkələri təcavüzdən qorumur. Bir sözlə, heç nəyə yaramır. Azərbaycanın torpaqlarının 30 ildən artıq işğal altında qalması və BMT TŞ-nın 4 qətnaməsinə məhəl qoymadan Ermənistanın qonşu ölkənin torpaqlarını 30 ildən artıq işğal altında saxlaması, Azərbaycan ərazisindən öz işğalçı ordusunu çıxarmaması, etnik seperatizmi dəstəkləməkdə davam etməsi buna əyani sübutdur.
Bizim əleyhimizə hər hansı qərarın qəbul olunması az ehtimal olunur, ancaq bu baş verərsə belə, Azərbaycan ona əhəmiyyət verməməli, Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün ardıcıl və qətiyyətli addımlar atmaqda davam etməlidir. Bunları edəcəkmi? Əlbəttə xeyr.

BMT sanki işçi stautsundadır.

Dünən ki, iclasda da çıxış edən ölkələrin mövqeyi bir daha bəlli oldu. Zaman hər şeyin doğrusunu göstərir. Dünyanın parçalanan vaxtında gecikməyin vaxtı deyil. Dünyada güc amili öndədir. Ona görə hər şeyə hazır olmalıyıq.

Fərahim

“Yeni Gundem”.az