“Onlar siyasi kuklalardır” – Ərdoğanbackend

“Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik”.

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dahi şair Mehmet Akif Ersoyun anım mərasimində çıxışı zamanı deyib.

“Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya göstərilən münasibətlə qarşılaşacaq. Biz heç vaxt imkan verməyəcəyik ki, demokratiyamızın imkanlarından istifadə edərək dövlətimizə, millətimizə, milli iradəmizə qarşı pusqu qurulsun. Biz millətin nümayəndəsi olmaqdansa, separatçı təşkilatın əlaltısı kimi çıxış edənlərə müraciət belə etmirik. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır”.

Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.