Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu – İldırım vurub – YENİLƏNDİbackend

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

09:59

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

Yaxınlarının Lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.