Orduya səfərbərlikdə əvvəllər tətbiq edilən çərçivəni qaytarmaq lazımdır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı RBK Ukraynaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfərbərliyə qəbul prosesini qiymətləndirmək üçün hələ tezdir.
Zalujnı onu da əlavə edib ki, səfərbərliyi gücləndirməkdənsə, ilk növbədə əvvəllər tətbiq edilən çərçivəyə qayıtmaq lazımdır. Hazırda bu məsələ cəbhə xəttində vuruşanlar üçün vacib məsələdir, çünki kimsə onları əvəz etməli, kimsə onlara kömək etməlidir./APA