Osman Gündüzün dediklərinə Nazirlikdən RƏSMİ AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Microsoft Azerbaijan”- nın Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı fikirlərini səsləndirib.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik.

Osman Gündüzün fikirlərinə cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən Yeni Gündəm”-ə bildirildi ki, “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir. “

Nazirliyin Mətbuat Xidmətindən verilən açıqlamaya görə bunun Azərbaycan hökuməti ilə şirkət arasındakı əməkdaşlığın dayandırılması anlamına gəlmir.

“Microsoft” nümayəndəliyinin fəaliyyətini dayandırması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir.”

Fərahim RƏHİMOV

Yenigundem.az