Övladına işgəncə verilən uşağın anası danışdı: Onu koridorda döyüb – VİDEObackend

Hər kəsi dəhşətə gətirən Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Görüntülər “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alınıb.

Çox vaxt gileylənsək də, belə məqamlarda “nə yaxşı ki, sosial şəbəkələr var” deyirik. Çünki elə bu görüntülər də ilk olaraq sosial mediada yayıldı və aidiyyəti qurumlar uşaqlara qarşı törədilən bu vəhşilikdən xəbərdar oldu. Təbii ki, laiq olan cəzasını alacaq.

Mərkəzdə uşaqların saçından tutaraq onlara işgəncə verirlər. Ağrıdan səsini çıxarana isə ”ağla, ağlamamış əl çəkən deyiləm” deyilir. Azyaşlılar ağlasalar da, buna məhəl qoymurlar.

Yaxınlıqda yaşayanlar iddia edirlər ki, reabilitasiya mərkəzinin əməkdaşları tərəfindən uşaqlara müxtəlif vaxtlarda işgənəcələr verilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, reabilitasiya mərkəzində eşitmə və nitq məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133-cü ”Əzab vermə” maddəsi ilə cinayət işi başlanıb.