Özünü qazi kimi təqdim edib pul toplayan şəxs saxlanıldı – Videobackend

Bakıda özünü qazi kimi təqdim edərək insanlardan pul toplayan şəxs ifşa edilib.

“Yeni Gündəm” DİN-ə istinadən xəbər verir ki, Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Araşdırma zamanı onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində araşdırmalar davam etdirilir.