Polis bu qızı axtarırbackend

Yevlax rayon sakini A.Nəbiyev Rayon Polis Şöbəsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Şəkildə gördüyünüz 21 yaşlı Zəhra Tağıyevanın yeri barədə məlumatı olan şəxslərdən Yevlax RPŞ-nin 022-336-45-02 nömrəsi həmçinin DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.