Dekabrın 15-də Landmark Otelin Rotunda Jazz Klubu tamaşaçı və qonaqlarını dünyaca məşhur Portuqaliyalı əkizlərin dueti: Luis və Fernando Koşta qardaşlarının violonçel və fortepianodakı əvəzolunmaz ifası ətrafına topladı.
Əkiz qardaşların təqdimatında Portuqaliya klassik musiqi ifası və muğamla sehrli birləşməsinin şahidi olan tamaşaçılar xoş həftəsonu keçirtdilər.
Portuqaliyalı əkizlər öz güclü və çoxşaxəli musiqiləri ilə hər bir dinləyicini təsirləndirmək gücünə sahibdirlər. Onların konsertləri hər zaman solo əsərlərdən başlayaraq kamera musiqisinə qədər dəyişərək, dinamik bir təcrübəyə təkan verir.
Bu dəfə onlar öz ifalarını Azərbaycan milli musiqisi olan muğamla – Sahib Paşazadə və muğam trionun xüsusi iştirakı ilə zənginləşdirdilər.
Qeyd edək ki, konsert programı Portugaliyanın Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirildi.
Nərmin Şamilbəyli