Prezident həmkarını təbrik etdibackend

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidentini fəaliyyətə başlamağı münasibətilə təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.