Professordan zəlzələ açıqlaması: Sistemdə gərginlik yığılırbackend

Episentri Yalovanın Çınarcık mahalı olan 4,1 bal gücündə zəlzələdən sonra Prof. Dr. Naci Görür sosial media hesabından diqqətçəkən şərh verib. Sherg.az türk  mediasına istinadən xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 23.53-də episentri Yalovanın Çınarcık rayonu sahillərində olan Mərmərə dənizində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Yerin 11,18 kilometr dərinliyində baş verən zəlzələ İstanbul, Kocaeli və Bursa ilə yanaşı Yalovada da hiss olunub. Bəzi vətəndaşlar zəlzələ mərkəzləri Çınarcık və Yalovada olan evlərini tərk edib. Yalova valisi Dr. Hülya Kaya AFAD və aidiyyatı qurumların sahə işləri apardığını və indiyədək heç bir neqativin yaşanmadığını bildirib.

Daxili işlər naziri Ali Yerlikaya da sosial media hesabında zəlzələ ilə bağlı açıqlama verib. Nazir bunları deyib: “Mərmərə dənizinin Yalova Çınarcık sahillərində meydana gələn və ətraflarda, xüsusilə İstanbulda hiss edilən 4,1 bal gücündə zəlzələ ilə əlaqədar qurumlarımızın bütün qrupları işlərinə başladı. Biz hadisələri yaxından izləyirik”.

Yer alimi Prof. Dr. Naci Görür də sosial media hesabında 4,1 bal gücündə baş verən zəlzələni dəyərləndirib. Mərmərə sistemində gərginlik yığıldığını bildirən Görür diqqətçəkən açıqlamalar da verib.

Görürün yazısı belədir: “Dostlar, Mərmərə dənizi Çınarcık sahilində 4,1 bal gücündə zəlzələ oldu. Düşünürəm ki, zəlzələ Adalar faylının cənubundakı kiçik normal qırılmalarda baş vermiş ola bilər.  Mən fay xəritəsinə baxıram. Mərmərə sistemində gərginlik yığılır, Sevgiylə.