Putin səfərbərliyə cəlb olunanların sayını açıqladıbackend
Rusiyada qismən səfərbərlik çərçivəsində orduya 318 min nəfər cəlb olunub.
“Yeni Gundem” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putin açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslərin 49 mini artıq döyüş tapşırıqları icra edir, digərləri isə hazırlıq mərhələsindədir.
Putin, həmçinin qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəyən könüllü şəxslərin axını davam edir: “Buna görə, səfərbərliyə cəlb olunanların sayı artıq 300 mini ötüb”.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.