Çinli elm adamları açıqlayıb!
Çin alimləri suda ən çox rast gəlinən polistirol, polietilen və polipropilenin insan sağlamlığına təsirini araşdırıblar. Onlar tapıblar ki, krandan qaynar su mikroplastiklərin zərərli təsirini azalda bilər.
Tədqiqat çərçivəsində müəyyən edilib ki, tərkibində yüksək miqdarda kalsium karbonat (əhəngdaşı) və maqnezium olan kran suyu qaynadılan zaman tərkibindəki kalsium karbonat mikroplastiklərin ətrafında toplanıb, onları tutaraq zərərsizləşdirir.
Araşdırmada qaynar suyun mikroplastiklərin zərərli təsirlərini tam aradan qaldırmadığı, lakin nəzərə alınan 3 plastik birləşmənin ən azı 80 faizinin zərərli təsirini aradan qaldırdığı müşahidə edilib.
Qaynadılmış kran suyunun qablaşdırılmış sudan daha təhlükəsiz olduğu və plastik çirklənmənin sağlamlığa mənfi təsirlərindən bəzilərinin bu üsulla qarşısını almaq mümkün olduğu bildirilmişdir.
Yanvar ayında ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc edilən araşdırmada, bir litr qablaşdırılmış suyun təxminən dörddə bir milyon nanoplastik ola biləcəyi ortaya çıxdı.
Araşdırma “Environmental Research Letters” jurnalında dərc olunub.
Mənbə: TGRT
Aynur Camal