“Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib.backend

Yenigundem.Az xəbər verir ki,”Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirib.

Layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib, qadınların sosial-psixoloji durumu ilə bağlı monitorinqin nəticələri açıqlanıb, müsabiqənin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim olunub.

Layihənin rəhbəri, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva  bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.

Daha sonra layihə rəhbəri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib və müzakirələr aparılıb.

Tədbirdə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Gənc Demokratlar İnstitutu”nun prezidenti Yeganə Hacıyeva, “Qadın Liderliyi Uğrunda” İB-nin sədr müavini Nərmin Şamilova, Xəzər Universitetinin “Dünya” məktəbinin pedaqoqu Vəfa Vəliyeva, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və digər iştirakçıları öz fikir və təkliflərini səsləndiriblər.

Nərmin Şamilbəyli