Qaribaşvili Azərbaycana gəlirbackend

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına yola düşüb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ölkənin hökumət administrasiyasından məlumat yayılıb.

Səfər çərçivəsində baş nazirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olacaq, bundan sonra mətbuata birgə bəyanatlar veriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili , xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

Fərahim Rəhimov