Qərbi Azərbaycan İcması bəyanat yaydıbackend

Qərbi Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin iyulun 21-də Şuşa Qlobal Media Forumunda çıxışında Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişi kontekstində səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Yeni Gundem” icmanın bəyanatını təqdim edir.

İcma hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtması, qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi ədalətin tələbi və eyni zamanda Ermənistanla Azərbaycan arasında davamlı sülhün təminatıdır.

Prezident İlham Əliyevin bu yaxınlarda bizim evə qayıtmamız və hüquqlarımızı razılaşma ilə bağlı danışıqlar səviyyəsinə çatdırmaq barədə bəyanatı sülh və ədalətin bərqərar olması yolunda növbəti tarixi hadisədir.

Qərbi Azərbaycan ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində apardığı prinsipial və ardıcıl siyasətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Azərbaycan hökumətinin insan haqlarının aliliyinə əsaslanan siyasəti bizi geri qayıtmaq hüququmuzun təmin edilməsinə yönəlmiş qanuni fəaliyyətimizi həyata keçirmək üçün səylərimizi davam etdirməyə ruhlandırır”.