Qobustanda qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş…backend

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

“Yeni Gundem” xəbər verir ki, bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərd nişan mərasimi olacaqmış.

Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır./APA