Qubada itkin düşən şəxsin meyiti tapıldıbackend

Qubada meyiti tapılmış şəxsin üzərində zorakı əlamətlər aşkarlanmayıb.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır:

“Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib”.