Qurban Qurbanov: “Futbolçularım paltardəyişmə otağında ağlayırdı”backend

“Futbolçularım paltardəyişmə otağında ağlayırdı, hamısı çox üzüntülü idi. Nə qədər onlarla danışsam da, motivasiya versəm də, onlar bunu hələ yaddan çıxara bilməyəcəklər”

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasını Çempionlar Liqasından ayırmadığını söyləyib: “Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik”.

Qurbanov sonda azarkeşlərə təşəkkür edib: “Onların dəstəyini hər zaman hiss edirdik. Daha çox çalışıb, yaxşı nəticələr əldə etmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.