Bir məktəbin iki direktoru var ? FOTOFAKT- YENİLƏNİBbackend

Son günlər Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbininda baş verən qanun pozuntuları, direktor Tariyel Əkbərovun özbaşınalıqları, müəllimlərlə etik -davranış qaydalarını pozması və digər maliyyə maxinasiyaları haqqında Analoq.az olaraq silsilə yazılar dərc etmişik.

Bundan əlavə direktor Tariyel Əkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib , müəllimlərə təzyiq göstərərək məktəbin müəllimi Könül Səmədlini və eks direktor müavini Elman Məmmədovu qanunsuz olaraq işdən azad edib

Əlavə olaraq qeyd edək ki , Könül Səmədli qərbi azərbaycanlı olduğu üçün həmkarı Bahar Kazımova tərəfindən təhqir olunub , və ona erməni deyilib. Könül Səmədlini təhqir edən Bahar Kazımova günü bugün də direktor Tariyel Əkbərovun himayəsi altında bərk müdafiə olunur.

Təhqir olunan Könül Səmədli bir ay ərzində iki dəfə direktor Tariyel Əkbərov tərəfindən töhmət alıb. Qərbi Azərbaycanlıların təhqir olunmasında maraqlı olan Tariyel Əkbərov daha sonra Könül Səmədlini pedoqoji kollektivin İclasında şagird döyməklə də ittiham edib.

Halbuki direktor Tariyel Əkbərov Könül Səmədlinin şagird döyməsini təsdiq edən heç bir kamera görüntüsü və ekspertiza rəyi təqdim etməyib.

Direktor Tariyel Əkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, pedoqoji şuranın iclasında bir neçə müəllimi və məktəbin həkimini yalan danışmağa məcbur edib.

Bundan əlavə direktor Tariyel Əkbərov direktor müavinləri üçün nəzərdə tutulan imtahanlarda iştirak etməyən Firuzə Məmmədova və Günay Ağayevanın qanunsuz olaraq məktəbin direktor müavini təyin edib.

Hər iki direktor müavini uzun illər məktəbdə tərbiyəçi vəzifəsində çalışıb və bugünə qədər heç bir pedoqoji fəaliyyəti yoxdur.

Aldığımız məlumata görə məktəbin direktor müavini Günay Ağazadə uzun illər adıçəkilən məktəbdə çalışsa da işə on ilə yaxın gəlməyib. Məktəbin direkroru Tariyel Əkbərov , Günay Ağayeva və Firuzə Məmmədovun sağlamlıq imkanları məhdud uşaqlarla çalışmasına baxmayaraq daktil və mimika (lal dili) bilmir.

Direktor Tariyel Əkbərov kimi dəbdəbəli otağa malik olan məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Ağayeva “Real” televiziyasına verdiyi müsahibədə özünü Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin direktoru kimi təqdim edib və həmin görüntüləri öz səhifəsində paylaşıb.


Direktor Tariyel Əkbərovun özbaşınalıqları və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyini nəzərə alıb özünü direktor postuna layiq görən Günay Ağayeva görünür “direktor” olmağa bir az tələsib.

Günay Ağayevanın paylaşımdan sonra bizə aydın olmadı ki , məktəbin direktoru kimdir?

Hər -halda bu sualın cavabını Tariyel Əkbərov və Günay Ağayeva bir yerdə müzakirə edib bizə məlumat verərlər.

Sonda qeyd üçün onu da deyək ki , haqqında bəhs etdiyimiz video görüntülərdə Günay Ağayevanın adı Gülay Ağayeva kimi qeyd olunub. Gunay xanımın adının texniki səhv kimi Gülay yazılmasını da anlayırıq. Ancaq adlı- sanlı televiziyada məktəb direktorunun müavini heç zaman direktor kimi təqdim edilə bilməz. Bunu Günay Agayevanın nəzərinə çatdırmağı da özümüzə borc bildik.