“QURTULUŞ-93”-də EKOLOGİYAYA VURULAN ZİYANDAN ŞOK GÖRÜNTÜLƏR – VİDEObackend

Bu görüntülər Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 ün ərazisində qeydə alınıb. Sözügedən məkandan çəkilən real görüntülərdən də açıq-aydın görünür ki, Dövlət başçısının bu ili YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ elan etməsinin qulaqardına vuranlar, öz maddi maraqlarına görə görə ekologiyaya ziyan vururlar. Yaşıllıq ərazisini məhv edərək bu “işbazlar” öz mənafeləri üçün dövlətin qanunlarını heçə sayır.

Dövlət başçısının etimadından sui-istifadə edən məmurlar görəsən kimə arxayındırlar?

Bəlkə “QURTULUŞ – 93”-ün sahibinin dili ilə desək, Mikayıl Cabbarova güvənir?

“SəhərMedia” olaraq məsələ diqqətimizdədir!