Ramin Bayramlının vəzifəsini bu şəxs icra edəcək – FOTObackend

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Agentliyin məlumatında yer alıb.

Qeyd olunub ki, o hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.