Rasim Məmmədov məhkəmədə son söz dedibackend

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rasim Məmmədov son söz deyib.

Rasim Məmmədov son sözündə verilmiş ittihamla əlaqəsi olmadığını deyərək bəraət istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəmişdi.

“Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb./APA