Rəşad Dağlının İskəndəri öldürdüyü anın görüntüləri yayıldı – VİDEObackend

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

“Yeni Gundem” xəbər verir ki, Unikal.org-ın əldə etdiyi görüntülərdə hadisənin baş vermə anı əks olunub. Görüntülərdə Rəşad Dağlının tək olmadığı, 3 nəfərlə birgə İskəndər Mehtiyevə hücum etdiyi və qətlə yetirdiyi görünür. O, daha sonra avtomobilə oturaraq ərazini tərk edib.