Rəşad Dağlının qətlə yetirdiyi şəxsin qardaşından YENİ AÇIQLAMA: “Dostuna deyib ki…” – VİDEObackend

Xəbər verdiyimiz kimi məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

“Yeni Gundem”-in məlumatına görə, ARB televiziyasında yayımlanan “Elgizlə İzlə” verilişinin çəkiliş qrupu mərhumun yaşadığı ünvanda çəkiliş aparıb. Çəkiliş zamanı mərhumun qardaşı danışıb və hadisənin dəqiq nədən baş verdiyini bilmədiyini vurğulayıb:

“Saat 5-ə kimi qardaşımla bir yerdə olmuşuq. Gedib yatmışam.Bircə qapıda maşın səsi eşitmişəm. Uşaqlar dedilər ki, Rəşad zəng edib onunla çıxdı. Burdan gəlib götürüb, gediblər. Qapılarında dedilər ki, guya İsgəndər onlara gedib. Amma elə deyil. Səhər ayılmışam ki, hadisə belə olub. Rəşad dayıoğlu ilə də, mənim özümlə də yaxın olub. Bunların arasında nə söhbət olduğunu bir Rəşad bilir, bir rəhmətlik, bir də Allah. Qardaşımın dostu yanında olub. Dostuna deyib ki, Rəşad gəlir onunla çay içəcəyik. Ondan o tərəfini bilmirik”.