“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.
“Yeni Gundem” sportinfo.az-a istinadən xəbər verir ki, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində “Ayaks”la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.
Onun “Range Rover” markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.