Rəsm və əl işləri sərgisi keçiriləcəkbackend

“Sağlamlığın qorunması” İctimai Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində “Gənclər Günü” münasibətilə Rəsm və əl işləri sərgisi keçiriləcək.

“Yeni Gundem”in məlumatına görə, sərginin keçirilməsində əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir. Həmçinin qeyd edək ki, “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən mütəmadi olaraq belə sərgilər təşkil olunur. Belə ki, “Sağlamlığın qorunması” İB tərəfindən 2 fevral 2020-ci il və 5 fevral 2022-ci il tarixlərində gənc rəssamların rəsm sərgisi keçirilib.

Xətai sənət mərkəzində keçiriləcək sərgidə gənclərin rəsm və əl işləri sərgilənəcək.

Ünvan və tarix: Xətai Sənət Mərkəzi. Xocalı küçəsi 62. 4 fevral 2024-cü il. Saat 12:00-16:00