Roza Rəşidli Azərbaycan haqda mahnı oxudu – VİDEObackend

Müğənni Roza Rəşidli “Azərbaycan” adlı mahnı ifa edib.

“Yeni Gündəm” xəbər verir ki, mahnının sözləri və musiqisi Tural Hüseynova məxsusdur.

R. Rəşidli bəstə ilə bağlı fikirlərini bölüşüb:

“Nəhayət, xeyli müddətdir gözlədiyim “Azərbaycan” mahnısı işıq üzü gördü. Bu günə qədər vətənpərvər mövzuda bir çox mahnılar ifa etmişəm. Amma məhz Qarabağa həsr etdiyim ilk mahnı budur. Düşünürəm ki, dinləyicilər bu mahnını bəyənəcək”.