Rusiya bu ölkəyə dizel tədarükünə başladıbackend

“Kommersant” qəzeti ABŞ-Britaniya şirkətinin “Refinitiv” şirkətinin məlumatlarına istinadən xəbər verir ki, fevral ayında Moskva Səudiyyə Ərəbistanı limanlarına ən azı 190 min ton dizel yanacağı göndərib.

“Yeni Gundem” xəbər verir ki,şirkətin məlumatları göstərir ki, Srini tankeri Primorsk limanında 66 min ton dizel yükləyib və hazırda Ciddə terminalında boşaldılır. Daha iki tanker, “Apanemo” və “Zarya” öz növbəsində Ras Tanura limanına yollanır.

Qeyd edilir ki, Ər-Riyad digər dövlətlərə dizel yanacağı ilə bağlı əsas təchizatçıdır. Reuters agentliyinə müsahibə verən treyderlər bildiriblər ki, Rusiya dizel yanacağı emal edildikdən sonra başqa ölkələrə təkrar ixrac oluna bilər.

Fərahim Rəhimov