Rusiya hökuməti istefa verəcəkbackend

Rusiya yeni seçilmiş prezidentin andiçmə mərasimi günü Federasiyanın Hökuməti istefa verəcək və ölkədə yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.

Bu barədə “TASS“ məlumat yayıb.

Bildirilib ki, hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiya Federasiyasının Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq.

Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidi.

APA