Rusiya, Suriya və Türkiyə Müdafiə nazirlikləri üçtərəfli komissiya yaradırbackend

Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri bu çərşənbə günü Moskvada keçirilən danışıqlarda  birgə üçtərəfli komissiya yaratmaq barədə razılığa gəliblər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri arasında üçtərəfli danışıqların başa çatdığını bildirib .
İdarənin mətbuat xidməti əlavə edib ki, görüşdə Suriya böhranının və qaçqınlar probleminin həlli yolları ilə bağlı məsələlər qaldırılıb, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə edilib.
Məlumatda bildirilir ki, nazirlər regionda münasibətlərin sabitləşməsi üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

TRT telekanalı xəbər verir ki, Türkiyə və Suriya Müdafiə nazirliklərinin rəhbərləri Hulusi Akar və Əli Mahmud Abbas arasında danışıqlar iki dövlətin nazirlərinin son 11 ildə ilk görüşü olub.

Ayşən