Rusiyada ağır cinayətlər törətmiş şəxslərin səfərbərliyə çağırılmasına icazə verilibbackend
Rusiya Prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bir sıra ağır cinayətlərə görə götürülməmiş məhkumluğu olan vətəndaşların hərbi xidmətə cəlb edilməsinə icazə verən federal qanunu imzalayıb.
 
“Yeni Gundem”-in məlumatına görə, müvafiq sənəd rəsmi hüquq informasiya internet portalında dərc olunub.
Qanunda nəzərdə tutulub ki, səfərbərlik çərçivəsində hərbi xidmətə çağırış ağır cinayətlərə görə götürülməmiş və ya çəkilməmiş məhkumluğu olan vətəndaşlar üçün də nəzərdə tutulub. Cinayət Məcəlləsinin bir sıra maddələri istisna təşkil edəcək.
Belə ki, dövlətə xəyanət, casusluq, zorakılıqla hakimiyyəti ələ keçirmə, silahlı üsyan, dövlət xadiminin həyatına qəsd, terror aktı törətmə, girov götürmə, qanunsuz silahlı birləşmə təşkil etmə, habelə yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayətlərə görə ləğv edilməmiş məhkumluğu olan rusiyalıların səfərbərlik çərçivəsində çağırışa cəlb etmək mümkün olmayacaq.