Saatlıda şəhidlərin adının əbədiləşdirilməsi münasibətilə xatirə kompleksi inşa edilib –FOTOLARbackend

Saatlı rayonunun bütün kəndləri kimi, Qara Nuru kəndində də şəhidlərin xatirəsi həmişə əziz tutulub. Kənd ictimaiyyətinin təşəbbüsü ilə kəndin qeyrətli oğulları Vətən yolunda həyatını qurban vermiş kənd şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün xatirə kompleksi inşa etmək qərarına gəliblər.

Qara Nuruya gəlişimizdə bu qeyrətli oğullarla iş başında görüşdük, görülən işlərlə tanış olduq, şəhidlərimizin xatirəsini birlikdə yad etdik.