Sabirabadda ev yandı, 3 nəfər xəsarət aldıbackend

Sabirabad rayonunun Rüstəmli kəndində yanğın hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, kənddə ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.