Xəbər verdiyimiz kimi, ötən günlərin ən aktual məsələlərindən biri koronavirus pandemiyasına görə məktəblərin açılmasıdır. Təhsil nazirliyindən yayılan “fake” aydınlıq gətirilib.
Dərslərin nə vaxt açıla biləcəyi müzakirə mövzusu olaraq qalmaqdadır.
“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb:
“İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində tədrisin başlanılması artıq zəruri hala çevrilib. Xüsusən də orta məktəblərin ibtidai siniflərində təhsil alan alan şagirdlərimiz pandemiya dövründə tələb edilən bilik və bacarıqlara yiylənə bilmədilər. Onların informasiya əldə etməsində çox ciddi problemlər yaranıb.
Qeyd edim ki, dünya təcrübəsində artıq tədris prosesinin tətbiq edilməsi başlanılıb. Qardaş ölkə Türkiyə də bu baxımdan konkret mövqeyini ortaya qoyub. Çünki valideyn və şagirdlər tərəfindən çox ciddi naraatçılıq və narazıçılıqlar var.
Ölkə prezidenti son iki çıxışında qeyd etdi ki, vaksinasiyaya başlanılandan sonra biz normal həyatımıza qayıdacağıq. Bu onu deməyə əsas verir ki, Azərbaycanda mart ayında tədris prosesi bərpa edilə bilər.
Bunu deməyə əsas verən məsələlərdən biri də son üç həftə ərzində yoluxma sayının azalması, insanların təhlükəli həddi aşması, 10 aya yaxındır ki, həm dünyada, həm Azərbaycanda yaşayış qaydasının müəyyənləşməsidir. İnsanlar sosial məsafə və gigiyenik qaydalara riayiət etməklə, artıq pandemiya dövründə yaşayış vərdişlərinə yiyələniblər. Digər tərəfdən onlayn dərslərdə iştirak üçün bütün şagirdlərin texniki alətləri yoxdur. Böyük sayda şagird təhsildən məhrum olub. Ona görə düşünürəm ki, tədris prosesi mart ayında başlanıla bilər. Bu o demək deyil ki, tam şəkildə siniflər, pillələr üzrə tədris prosesi bərpa edləcək. Tədris mərhələli, hibrid formada bərpa olunacaq. Mart ayından etibarən dərslərin qismən şəkildə istər orta, istər ali məktəblərdə başlanılması ehtimalı çoxdur.
UNİCEF tövsiyyə edir ki, tədris prosesinin dayanması şagirdlərə mənfi təsir edə bilər. Ona görə birmənalı şəkildə demək olar ki, vaksinasiyadan sonra, mart ayından dərslərin bərpasını gözləyə bilərik’