Beynəlxalq ailə günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, deputat Şahin Seyidzadənin təşəbbüsü, Ailə, qadın və uşaq komitəsinin üzvü, deputat Nigar Arpadarainin qonaq olaraq iştirakı ilə Abşeron-Qobustan ərazisində fəaliyyət göstərən gənc müəllimlərlə onlayn video görüş keçirilib.
“Yeni Gündəm”-in xəbərinə görə, videogörüşdə “Şagirdlərin təhsilində ailənin rolu” mövzusu ətrafında çıxışlar edilib, koronavirus pandemiyası dövründə ailə tərəfindən övladlarının təhsilinə dəstək mövzusunda diskusiya aparılıb, həmçinin müəllimlərin fikirləri dinlənilib.Onlayn görüşdə çıxış edən deputat Şahin Seyidzadə öz çıxışında pandemiya dövründə valideynlərin xüsusi rolu, valideynlərin məktəb və müəllimlə qarşılıqlı münasibətə valideyn iclasları ilə yox gənc müəllimlərin yenilikçi təşəbbüsləri ilə cəlb edilməsi, valideynlərin təhsilin hər zaman ayrılmaz hisssəsi olması barədə fikirlərini səsləndirib.Daha sonra çıxış edən deputat Nigar Arpadarai çıxışında ailə institunun təbliğinin önəmi, qadınların cəmiyyətdə fəallığının artırılması, məişət və qadın zorakılığı hallarının azaldılması üçün cəmiyyətdə maarifləndirmə işinin aparılmasının vacibliyindən bəhs edib. Həmçinin ailə institunun qorunması üçün vətəndaş təşəbbüslərinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, onlayn görüş 30-dan çox gənc müəllimin iştirakı, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının təşkilatı dəstəyi ilə həyata keçirilən görüşdə çıxış edən gənc müəllimlər tərəfindən şagirdlərin təhsilində valideynlərin və cəmiyyətin göstərməli olduğu faydalı dəstəklərdən, birgə fəaliyyətdən söz açılıb. Görüşdə bir neçə gənc müəllimin öz fikirlərini və yanaşmaları səsləndirməsi ilə görüşün diskusiya üzərindən interaktiv formatında baş tutub.