Səbail rayonu Badamdar qəsəbəsində yeni açılan avtomobil salonu piyada səkisini zəbt edib. Səki indi avtosalona gələnlərin maçınlarının park edilməsi üçün istifadə edilir.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumat verən sakinlər bildirib ki, artıq hərəkət üçün yer qalmayıb. Piyadalar ya avtomobil yoluna çıxmalı olurlar, ya da səkidəki avtomobillərin arası ilə hərəkət edirlər.
Səkini zəbt edən “BYDmotors” avtomobillərin səkidə park edilməsi üçün şərait da yaradıb. başqa maşınların girə bilməməsi üçün yol kənarına maneələr də quraşdırıblar. Sakinlər getdikcə tamamilə məhv edilən səkilərə görə narahatdır. Onlar aidiyyəti qurumların bu hallara göz yumduğunu, səkiləri də obyekt sahiblərinə elə onların satdığını deyirlər.
Problemlə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.