Şəhidlərimizi qürurla anırıq!backend

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Ümumxalq hüzn günü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Şəhidlər abidəsinin qarşısında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!