Sergey Lavrov:  “Qərblə əvvəlki təmaslar olmayacaq”backend

“Rusiya Qərblə ortaq işə qayıtsa, bu, yeni əsasda həyata keçiriləcək. “

“Yeni Gundem” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsi zamanı deyib.

Lavrov bildirib ki, Qərb ATƏT-dən öz kollektiv maraqlarını həyata keçirmək üçün alət kimi istifadə edir. Təşkilat təbliğat döyüşləri meydanına çevrildi və Polşa sədrliyi ATƏT-in işinin nəticələrini sıfıra endirdi.
Sergey Lavrov ,Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı sözlərini rusofobiya ilə əlaqələndirməyib. Nazir qeyd edib ki, kanslerliyinin bitməsinə bir neçə il qalmış Merkel Rusiya prezidenti Vladimir Putinə deyib ki, əslində Moskva Donbassda “hər şeyi həll edir” və bununla bağlı Kiyevlə əlaqə saxlamalıdır.

Fərahim Rəhimov