Sərhəddə silahlı insident – Ölənlər varbackend

Qırğızıstanla Özbəkistan arasında sərhəddə daha bir insident baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə nəticəsində üç Qırğızıstan vətəndaşı güllələnib.

“Mayın 5-də Qırğızıstan-Özbəkistan dövlət sərhədinin Qırğızıstanın Cəlal-Abad vilayətinin Ala-Buka rayonunun Aktam kənd inzibati ərazi dairəsinin Dobo-Korqon ərazisində Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının sərhədçiləri üç Qırğızıstan vətəndaşına qarşı silahdan istifadə edib. Nəticədə 1974, 1998 və 2000-ci il təvəllüdlü vətəndaşlar yaralanaraq rayon xəstəxanasına çatdırılıblar, lakin onların həyatını xilas etmək mümkün olmayıb”, – deyə Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, insidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstanın Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistanın Yangi-Kurqan istiqamətində sərhəd nümayəndəsi ilə görüş keçirib. Tərəflər daxili araşdırmaların nəticələrinə əsasən görüşün mayın 6-da davam etdirilməsi barədə razılığa gəliblər.

Faktla bağlı qarşılıqlı əlaqədə olan orqanlar da məlumatlandırılıb, əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qafqazinfo