Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib – FOTObackend

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Yeni Gundem” xəbər verir ki, tədbirin əvvəlində 31 mart soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.
Məktəblilərlə həmsöhbət olan rəis müavini onlara təhsilləri ilə bağlı dəyərli tövsiyələr verib.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.