Şirvanda koronavirusa yoluxma sürətlə artır? – AÇIQLAMAbackend

Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub:

“Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib”, – deyə bildirilib.Redaktor.az