Almaniya kansleri Olaf Şolts Çinə səfərə başlayaraq ölkənin cənub-qərbindəki Çunçin şəhərinə gedib.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, Şolts Çinə Almaniya hökumətinin rəhbəri qismində ikinci dəfədir səfər edir. Bundan əlavə, bu, Qərb liderinin 2024-cü ildə Çinə ilk səfəridir.
Almaniya kanslerini ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat üzrə məsul olan üç nazir müşayiət edir. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə “Siemens”, BMW, “Mercedes-Benz” şirkətlərinin nümayəndələri daxildir.
Report