SON DƏQİQƏ: Azərbaycanda 2 yeniyetmə intihar etdi – ŞOKbackend
Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.
2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(Report)