SON DƏQİQƏ:Azərbaycanda daha bir nəfər intihar etdibackend

Tovuz sakini özünü asaraq intihar edib.

“Yeni Gündəm“-in məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində baş verib.

Aşagı Öysüzlü kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyev Asim Çoban oğlu nənəsigilə gedərək özünə qəsd edib.

Yaxınları 25 yaşlı oğlanın cansız bədənini ağacdan asılı vəziyyətdə tapıblar.

Hadisə yerinə Tovuz rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.