SON DƏQİQƏ: Azərbaycanda üç kanalın yayımı müvəqqəti dayandırılır – SƏBƏBbackend

Azərbaycan Televiziyasının (AzTV) yayımı gecədən etibarən müvəqqəti olaraq dayandırılacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə İdman TV-nin “Facebook” səhifəsinə məlumat yerləşdirilib.

“Hörmətli tamaşaçılar!

HD yayıma keçidlə əlaqədar AzTV, MədəniyyətTV və İdmanTV kanallarının yayımı “AzTV Xəbər”in saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq.

Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək”,-deyə məlumatda qeyd olunur.