SON DƏQİQƏ: Babadağda həlak olan şəxsin meyiti TAPILDI – VİDEObackend

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Mübariz Əliağa oğlu Məmmədovun axtarışları davam etdirilir.

Bu barədə “Yeni Gündəm”-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

***
Babadağ dağında həlak olan Mübariz Məmmədovun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.Ğ