SON DƏQİQƏ:Bakıda qadın 11-ci mərtəbədən yıxılaraq ölüb – FOTObackend

Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA xəbər verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb olunub.